Neft Fondunun xərcləri azaldılır

Neft Fondunun xərcləri azaldılır


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üçün hazırlanan büdcə layihəsində gəlirlər 8 370,6 milyon manat, xərclər isə 6 951,3 milyon manat həcmində nəzərdə tutulur.

Report xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir. Fondun büdcəsi 2016-cı illə müqayisədə 4 889,1 milyon manat və ya 2,4 dəfə çox proqnozlaşdırılır. Qeyd olunan məbləğin 7 550,7 milyon manatını və ya 90,2%-ni mənfəət nefti və qazın satışından daxilolmalar təşkil edir.

ARDNF-in 2017-ci il üçün büdcəsinin xərcləri isə 6 951,3 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 3 685,0 milyon manat və ya 34,6% azdır.

Fondun xərclərinin 6 100,0 milyon manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 milyon manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrində Azərbyacanın iştirak payı), 29,3 milyon manatı və ya 0,4%-i Azərbaycan gənclərinin xarici öəlkələrdə təhlisi üzrə Dvlət Proqramlarının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldiləcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...