Siqaretlərin reklamı qadağan olunur - Azərbaycanda

Siqaretlərin reklamı qadağan olunur -

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı layihə müzakirə olunub. Virtualaz.org-un məlumatına görə, komitənin sədri Eldar İbrahimov bildirib ki, layihə Milli Məclisə Azərbaycan prezidenti İlham əliyev tərəfindən göndərilib.

Onun sözlərinə görə, təklif edilən düzəlişlər tütün məmulatlarının insanların sağlamlığına zərərli təsirinin qarşısının alınmasına və sağlam həyat tərzinin təminatına yönəldilib. Belə ki, dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Qeyd edək ki, hazırda tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər. Onu da qeyd edək ki, qanunda dəyişiklik həm də onun "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsdəi ilə həyata keçirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...