“Azərişıq” ASC-dən xəbərdarlıq : "kəsəcəyik..."

“Azərişıq” ASC-dən xəbərdarlıq :

“Azərişıq”ASC istfadə olunan elektrik enerjisinə görə borcu yaranan abonentlərə növbəti dəfə xəbərdarlıq edib. Şirkətdən bildirilir ki, “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il noyabr ayının 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz olaraq və fərdi qaydada dayandırılacaqdır.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun SC tərəfindən ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

“Azərişıq” ASC-nin mətbuat xidməti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...