Azərbaycanda hər 5 otel otağından 4-ü boş qalır – Rayonlar üzrə tam siyahı

Azərbaycanda hər 5 otel otağından 4-ü boş qalır –
Bu ilin ilk üç ayında Azərbaycanda otellərin ümumi doluluq səviyyəsi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə otellərin orta doluluq faizi 19,3% təşkil edib.
Ən yüksək doluluq Şabran rayonunda qeydə alınıb – 68,2%. Bu göstəriciyə görə ikinci yerdə Qusar rayonu (43,5%), üçüncü yerdə isə Naftalan şəhəri (31,2%) qərarlaşıb. İlk beşliyə həmçinin Bakı şəhəri (28,0%) və Sabirabad rayonu (27,2%) daxildir.
Ən aşağı doluluq göstəriciləri isə Neftçala (0,5%), Oğuz (0,5%), Balakən (1,0%), Saatlı (1,2%), Şirvan (2,2%) və Biləsuvar rayonlarında (2,5%) qeydə alınıb.
Bəzi rayonlarda isə otellər tamamilə boş qalıb.
Ümumilikdə isə 66 rayon və şəhər içərisində cəmi 3 rayonda otellər 30%-dən yuxarı doluluğa malik olub.
21 rayonda bu göstərici 10–30% arası, 28 rayonda 0–10% arası, 14 rayonda isə otellər tamamilə boş qalıb.
Şəhər və rayonlarda otel otaqlarının doluluq səviyyəsi aşağıdakı kimi olub:
Şabran rayonu – 68,2%
Qusar rayonu – 43,5%
Naftalan şəhəri – 31,2%
Bakı şəhəri – 28,0%
Sabirabad rayonu – 27,2%
Qəbələ rayonu – 24,5%
Bərdə rayonu – 19,7%
Ağdam rayonu – 19,2%
Şamaxı rayonu – 16,4%
Ağstafa rayonu – 16,3%
Beyləqan rayonu – 15,7%
Lənkəran rayonu – 15,6%
Quba rayonu – 15,3%
Mingəçevir şəhəri – 10,8%
İmişli rayonu – 9,6%
Zaqatala rayonu – 7,8%
Şəki rayonu – 7,7%
Naxçıvan Muxtar Respublikası – 7,6%
Masallı rayonu – 7,5%
Sumqayıt şəhəri – 7,5%
Laçın rayonu – 7,4%
Tərtər rayonu – 7,1%
Ağdaş rayonu – 6,2%
Zərdab rayonu – 6,0%
Göyçay rayonu – 5,9%
Gəncə şəhəri – 5,8%
Şəmkir rayonu – 5,8%
Şuşa rayonu – 5,5%
Qax rayonu – 5,5%
Cəlilabad rayonu – 5,4%
Abşeron rayonu – 5,3%
Ağcabədi rayonu – 4,8%
Astara rayonu – 4,9%
Goranboy rayonu – 3,8%
Tovuz rayonu – 3,8%
Xızı rayonu – 3,7%
Kürdəmir rayonu – 3,7%
Göygöl rayonu – 3,1%
Ağsu rayonu – 3,0%
Yardımlı rayonu – 2,9%
Qazax rayonu – 2,8%
İsmayıllı rayonu – 2,6%
Biləsuvar rayonu – 2,5%
Şirvan şəhəri – 2,2%
Saatlı rayonu – 1,2%
Balakən rayonu – 1,0%
Gədəbəy rayonu – 0,6%
Xaçmaz rayonu – 0,6%
Salyan rayonu – 0,6%
Oğuz rayonu – 0,5%
Neftçala rayonu – 0,5%
Daşkəsən rayonu –
Qobustan rayonu –
Samux rayonu –
Ucar rayonu –
Yevlax rayonu –
Hacıqabul rayonu –
Füzuli rayonu –
Xankəndi şəhəri –
Ağdərə rayonu –
Xocalı rayonu –
Xocavənd rayonu –
Cəbrayıl rayonu –
Kəlbəcər rayonu –
Qubadlı rayonu –
Zəngilan rayonu –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...