Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəyə 30 milyon manat ayrılıb

Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəyə 30 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Maliyyə Nazirliyinə pilot layihənin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsinin səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10 milyon manat vəsaitin 10 gün müddətində Agentliyə ayrılmasını təmin etmək, habelə 2017-ci il üçün dövlət büdcəsinin səhiyyə sahəsinə aid olan digər tədbirlər üçün nəzərdə tutulmuş 20 milyon manat vəsaitin dövlət büdcəsi təsdiq olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Agentliyə ayrılmasını təmin etmək tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...