Azərbaycanın OPEC-dən gözləntiləri – Nazir açıqladı

Azərbaycanın OPEC-dən gözləntiləri –


Azərbaycan Energetika Nazirliyi bu gün OPEC üzvləri ilə təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair yekun sazişin imzalanacağını gözləyir.

AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”-yə açıqlamasında nazir Natiq Əliyev bildirib. “Hesab edirəm ki, hə” – deyə Natiq Əliyev bugünkü görüşün yekun görüş olması barədə sualı cavablandırarkən qeyd edib. Nazirin sözlərinə görə, onun görüşdən gözləntiləri olduqca yüksəkdir: “Lakin mən düşünürəm ki, bu iclasın nəticələrindən asılı olmayaraq biz öz səylərimizi davam etdirməliyik”.

Qeyd edək ki, bu gün OPEC-ə üzv və qeyri-üzv ölkələr Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...