Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakıda küçədə bir aylıq körpə tapılıb


Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...