Elələri var ki, terrorçunun adını övladına verməkdən zövq alır - Akademik

Elələri var ki, terrorçunun adını övladına verməkdən zövq alır -


Terminologiya Komissiyası:"Övladına "xiyar", "xiyarə" və "cındır" kimi adlar qoymaq istəyənlər var"
"Valideyn uşaqlarının adlarını təhqiramiz sözlər, xristian adları qoyursa, bu qədim düşüncələrdən irəli gəlir”.

Bunu Sherg.az-a Nazirlər Kabineti yanında terminologiya komissiyasın "Elə bir valideyn təsəvvür edə bilirsinizmi ki, uşağına üzr istəyirik, "xiyar", "xiyarə" və ya "cındır" kimi adlar qoysun? Təəssüflər olsun ki, belə valideynlər var" açıqlamasına münasibət bildirərkən millət vəkili, akademik Nizami Cəfərov deyib.

O bildirib ki, bir vaxtlar mövcud olan fikirlər indiyə qədər də insanlarda özünü göstərir:

"Belə ki insanlar düşünürdülər, doğulan övladlar yaşamır, mənfi ruhi qüvvəni aldatmaq üçün uşaqlara xristian adları qoyurdular. Yaxud təhqiramiz adlar qoyublar ki, həmin qüvvələrə "bu uşaqla işiniz olmasın” mesajı ötürsünlər. Bir növ "göz qaytarmaq” düşüncəsi ilə belə adlar qoyanlar olub. Çünki heç bir valideyn övladına onu təhqir etmək üçün təhqiramiz ad qoymaz.

Təbii ki, bu dövr artıq ötüb. Belə hallar bugünkü dünyagörüşü səviyyəsində normal qarşılana bilməz. Amma elə insanlar var ki, hətta terrorçuların adını övladına verməkdən zövq alırlar. Həmin şəxslərin gözündə onlar qəhrəmandır. İnsan təbiətində aqressiya da var, bundan zövq almaq problemindən hələ də qurtulmamışıq. Ona görə, bəzi insanlar övladına mənfi şəxslərin adlarını qoyur.

Bütün bunlar humanist nöqteyi-nəzərdən özünü doğruldan addımlar deyil”.

Uşağın, övladın valideynlərin səlahiyyətində olduğunu diqqətə çatdıran deputatın sözlərinə görə, onlara ad qoymaq da valideynlərin səlahiyyətindədir:

"Amma övlad eyni zamanda cəmiyyətindir. Buna görə, adlar da cəmiyyətin ümumi zövqü ilə üst-üstə düşməlidir. Ad prinsip etibarı ilə rəsmi göstəricidir. Adın qoyulmasını hökumət təsdiq edir. Valideyn nə qədər ad istəsə övladına qoya bilər, lakin uşaq bir adla cəmiyyətdə tanınır. Bu adlar cəmiyyətin müasir dövrdəki norma və standartlarına uyğun olmalıdır. Çünki övlad bu gün valideynindir, sabah cəmiyyətin fərdi olacaq. Hələlik valideynlər ad qoyanda onu bilmir, amma bir müddətdən sonra ad həmin şəxsi cəmiyyətin ümumi zövqü səviyyəsində təmin etməyəcək. Ona görə, müəyyən yaşdan sonra çoxları adlarını dəyişir.

Valideyn ciddi düşünüb, elə ad qoymalıdır ki, nə övladını təhqir etsin, nə də adından imtina etsin. Normalar daxilində valideyn sərbəstdir. Lakin sonradan valideynin bu normaları aşmağa heç bir haqqı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...