Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat - FOTO

Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat -

Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib.

AzVision.az-ın məlumatına görə, internet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.
Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat -

Xəritədə Xankəndinin Stepanakert, Ağdərənin Mardakert, Kəlbəcərin Karvacar, Xocavəndin Martuni kimi göstərilməsi Azərbaycana qarşı növbəti təxribatdır. Şübhəsiz ki, xəritə təxribatının arxasında ermənilər durur.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın tarixi ərazilərinin adlarının təhrif olunması və erməni adı ilə göstərilməsi beynəlxalq konvensiya və qanunlara ziddir. Bundan öncə də ölkəmizə qarşı oxşar təxribatlara yol verilib. Azərbaycan dəfələrlə bununla bağlı aidiyyatı qurumlara etirazını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...