Növbəti dopinq problemi: İslamiada medalı əlindən alındı

Növbəti dopinq problemi:

Bakıda keçirilən IV İslam həmrəyliyi Oyunlarının mükafatçısı Muhammad Şehzad Axtar dopinq problemi ilə üzləşib. Gundeminfo.az apasport-a istinadən xəbər verir ki, ölkəmizdə 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada üçüncü olan pakistanlı sərt sanksiyaya məruz qalıb.

Pakistanın Milli Antidopinq Komissiyası orqanizmində dopinq tapdığı idmançını 4 illik yarışlardan kənarlaşdırıb. O, qadağan olunmuş 2 preparatı qəbul etməkdə günahlandırılır. İdmançı həm də İslamiadada qazandığı bürünc medaldan məhrum olub.

Lakin snayper idmançı apelyasiya vermək hüququna malikdi. Qeyd edək ki, Axtarın 3-cü olduğu növdə Ruslan Lunyov çempion titulunu qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...