Britaniyalı nazirdən "Qarabağ"a dəstək — Bakıda Çelsini məğlub edin

Britaniyalı nazirdən "Qarabağ"a dəstək —

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib.

GUNDEMİNFO.AZ-ın APA-ya istinadən xəbərinə görə, nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib.

Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".

O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: "Onun adı Britaniyanın futbol tarixinə yazılıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...