Türkiyədə 1 May nümayişi qadağan edilib

Türkiyədə 1 May nümayişi qadağan edilib
Türkiyə hakimiyyəti İstanbulun mərkəzi Taksim meydanında 1 May nümayişini qadağan edib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Bu günə kimi Əmək və Həmrəylik Günü münasibətilə ölkənin 55 vilayətində 103 aksiyanın keçirilməsi ilə bağlı müraciət edilib, onların hamısı təmin edilib. İstisna 2023-cü ildə 17,5 milyon turist qəbul edən, ölkəmizin təhsil, mədəniyyət, incəsənət, ticarət və sənaye mərkəzi olan İstanbula aiddir.

Bir sıra həmkarlar ittifaqı Taksim meydanında kütləvi etiraz aksiyaları keçirmək üçün müraciət edib. Onlara bildirilib ki, Taksim mayın 1-də mitinq və yürüşlərin keçirilməsi üçün nəzərdə tutulan yerlər və marşrutlar arasında deyil”, - deyə Erlikaya qeyd edib.

O, əlavə edib ki, terror təşkilatları “son bir həftə ərzində sosial şəbəkələrdə Taksimdəki nümayişdə iştirak etməyə çağırıblar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...