651 azərbaycanlı qadın spirtli içkinin əsiridir — AÇIQLAMA

651 azərbaycanlı qadın spirtli içkinin əsiridir —

Gundeminfo.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova deyib. O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: “Alkoqolizmdən xüsusən 30 - 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub”.

Alkoqolizmin narkoloji xəstəlik hesab olunduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xroniki residivləşən, yəni təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aid edilir: “Alkoqolizm narkomaniyadan fərqli olaraq bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyinin birbaşa ölümə səbəb olma riski isə çox aşağıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...