Azərbaycanlılar istirahət üçün hansı ölkələrə üz tutur? - ARAŞDIRMA

Azərbaycanlılar istirahət üçün hansı ölkələrə üz tutur? -


Prezident İlham Əliyev Nazilər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsindəki vəziyyətdən narazılığını bildirib. Ölkə başçısı otel qiymətlərinin yüksək olduğunu diqqətə çatdırıb. Bildirib ki, bununla məşğul olan qurumlar üzərilərinə düşən vəzifəni yerinə yetirməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb. Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycana gələn turistlərin sayının artdığını nəzərə alaraq onlara elektron vizanın qısa müddət ərzində, yəni 3-5 gün müddətində verilməsi ilə bağlı Xarici İşlər Nazirliyiliyi tərəfindən qısamüddətli birgə fəaliyyət hazırlanır: "Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.

Vətəndaşların istirahət üçün ən çox üz tutduğu ölkələr isə Türkiyə və Gürcüstan, eləcə də Avropa ölkələridir. Burada otel qiymətlərinə nəzər saldıqda Azərbaycanla müqayisədə böyük fərq ortaya çıxır. SİATRAVEL turizm şirkətinin əməkdaşı Nuranə Rəhimli deyir ki, azərbaycanlılar daha çox Türkiyəyə üz tutur. Belə ki, Antalyada 1 nəfər üçün 1 həftəlik tur-paketin qiyməti 859 manat, Bodrumda 1155 manatdır. Bura gündə 5 dəfə yemək də daxildir. Gürcüstanda 2 nəfər 350 manat ödəməklə 5 gün səhər yeməyi daxil olmaqla istirahət edə bilərlər. Bura gediş-gəliş üçün aviabilet, qarşılanma, yolasalınma, sığorta və otel qiymətləri daxildir. Əlavə xidmətləri çıxsaq, bir nəfərin oteldə 1 həftə istirahəti Türkiyədə 200-300, Gürcüstanda 80-100 manata başa gəlir.

Gürcüstanla 9 gecəlik 3 ulduz oteldə 786 dollar, 4 ulduz oteldə 876 dollar, 5 ulduz oteldə isə 1122 dollara başa gəlir.

Turizm şirkətinin nümayəndəsi aviabiletlərin həddindən artıq baha olduğunu söyləyir. İki nəfərin 1 həftəlik Gürcüstandan Antalyaya gedib-gəlməyi 1500 manatdırsa, bu rəqəm Bakıdan 2500-2600 manat arasındadır.

Otel nümayəndəsi Nadir Musayev diqqətə çatdırıb ki, turistlər daha çox üç ulduzlu otellərə üstünlük verirlər. Ölkə vətəndaşları dincəlmək üçün əsasən Bakıdan kənara getməyə çalışırlar. Həmçinin Bakı və ətrafdakı otellərə istirahət etmək üçün daha çox xarici turistlər üz tuturlar. Otel əməkdaşı diqqətə çatdırıb ki, dəniz kənarında yerləşən otellər ancaq yay mövsüm işləyirlər. Sentyabr ayından maya qədər demək olar ki, iş dayanır.

Quba rayonunda yerləşən otellərdə qiymətlərin çox baha olmadığı deyilir. Otel administratoru Cəbrayıl Ağabəyovun söylədiyinə görə ötən illərlə müqayisədə bu il qiymətlər 20% aşağıdır: “Bizim otel Quba rayonunda yerləşir. Otelimiz çox böyük olmadığı üçün gün ərzində 30-35 nəfər gəlib istirahət edir. Bəzi otel nümayəndələri bildiriblər ki, iki nəfərin bir gecə dincəlməsi 30-60 manata başa gəlir. Bura yalnız səhər yeməyi daxildir.

Administrator Kamil Vələmmədovun isə diqqətə çatdırılıb ki, hər bir oteldə müxtəlif qiymətlər qoyulub. Buna baxmayaraq hər bir otel çalışır ki, müştərilərinə yüksək xidmət göstərsin.

Maraqlıdır ki, obyekt əməkdaşlarının kameralara söylədiyi qiymətlərlə bura dincəlməyə gələn turistlərə təklif edilən qiymət tamamilə fərqlidir.\\sia.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...