Masallıda çay məcrasından çıxıb, həyətyanı sahələr su altında qalıb FOTOLAR

Masallıda çay məcrasından çıxıb, həyətyanı sahələr su altında qalıb
Yağan intensiv yağışlar Masallıda bir sıra fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Boradigah çayının məcrasından çıxması səbəbindən yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq .

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələdə davam edir.


Masallıda çay məcrasından çıxıb, həyətyanı sahələr su altında qalıb
Masallıda çay məcrasından çıxıb, həyətyanı sahələr su altında qalıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...