Rusiya Ərəbistanda AES tikmək istəyir

Rusiya Ərəbistanda AES tikmək istəyir

Rusiyanın “Rosatom” şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb. Trend-in məlumatına görə, bunu “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçov deyib.

Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib.

Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.

Qeyd edək ki, 2015-ci ilin yayında Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşıq barədə saziş imzalamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...