Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi - FOTO

Köçkünlər yolu bağladılar -

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə narazılıq ediblər. Onlar “Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər.

Komitədən Modern.az-a bildirilib ki, Binəqədi rayonundakı H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkün komitəyə gələrək narazılıqlarını bildiriblər.

“Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşqıları binanda “mənzilləri” uçurulur. Həmin məcburi köçkünlər komitə rəsmiləri tərəfindən qəbul edilib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, “Dövlətqaçqınkom” tərəfindən heç kimin yaşadığı bina və mənzillər sökülmür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...