Porno aktrisa Trampı məhkəməyə verdi

Porno aktrisa Trampı məhkəməyə verdi

Porno aktrisa Stormi Daniels ABŞ prezident Donald Trampı məhkəməyə verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2016-cı il seçki kampaniyasından əvvəl Trampla gizlilik barədə razılıq əldə edən Daniels bu sənədin prezident tərəfindən heç vaxt imzalanmadığını dilə gətirərək məhkəməyə müraciət edib.

Qeyd edək ki, əsl adı Steffani Klifford olan aktrisa 2006-2007-ci ildə Donald Tramp evli olduğu dövrdə prezidentlə münasibətdə olub. O, bu barədə dava əvvəl "In Touch Weekly” jurnalına danışıb. Lakin daha sonra Trampın vəkilinin ona susmaq üçün 130 min dollar ödədiyini iddia edib.

Ağ Ev bu məlumatları təkzib edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...