Bakıda tanınmış həkimi şantaj edən şəxsin cəzası azaldılıb

Bakıda tanınmış həkimi şantaj edən şəxsin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, E.İbrahimovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi N.A. (ad və soyadı şərti) ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. O, bir qədər keçəndən sonra qadını rüsvay etməklə şantaj yolu ilə ondan 8 min manatdan çox pul alıb.

Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb. E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan E.İbrahimov apellyasiya şikayəti verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...