Lənkəranskinin tərəfdaşının cəzası azaldılıb

Lənkəranskinin tərəfdaşının cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilən, kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımovun məhkəməsi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, qərara əsasən Nərimanov rayon məhkəməsinin hökmü dəyişidirilib və E.Qasımovun cəzası 2 ildən 1 ilə endirilib.

Qeyd edək ki, E.Qasımov dəfələrlə məhkum edilib. Onun qanuni oğru, mərhum Rövşən Lənkaranskinin yaxın silahdaşı "Hacı Beyləqanski" ilə yaxın münasibətdə olduğu bildirilib. Həmçinin onun qardaşı Elnur Qasımov da kriminal aləmdə "qardaşoğlu" ləqəbi ilə tanınır. O, bir müddət əvvəl azadlığa çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...