“ATƏT DTİHB prezident seçkilərinə qara yaxır” - Əli Əhmədov

“ATƏT DTİHB prezident seçkilərinə qara yaxır” -

“Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilmişdir. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olmuşdur”.

AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən səsləndirib.

YAP-ın Sədr müavini Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır:

“Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil etmiş, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının İcra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olmuşdur. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur”.

“ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinə qara yaxır” – deyə, bildirən Əli Əhmədov daha sonra qeyd edib: “Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun kəskin fərqlənən rəyi təəccüb və təssüf doğurur, necə deyərlər, ala qarğa kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
79 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Köşə
Qurd totemli türklər -
Yusif Alı Afşar - Fəlsəfə doktoru, dosent ...
Рейтинг@Mail.ru
Loading...