Əsəd rejiminin Dəməşq və Humusdakı iki hərbi bazası raket atəşinə tutuldu

Əsəd rejiminin Dəməşq və Humusdakı iki hərbi bazası raket atəşinə tutuldu

Əsəd rejimi Dəməşq və Humus hava bazalarına raket hücumu təşkil olunduğunu iddia edib.

Avropa.info xəbər verir ki, Suriyadakı Bəşər Əsəd rejimi paytaxt Dəməşq və Humusda olan iki hava bazasının hədəfə alındığını bildirib.

Əsəd rejiminin rəsmi xəbər agentliyi SANA-nın iddiasına görə, gecə yarısından sonra Humus rayonuna kimə aid olduğu məlum olmayan raketlər atılıb.

Məlumata görə, Dəməşqdəki Dumeyr hərbi hava bazasını da hədəf alınıb.

Əsəd rejimin blokadada saxladığı Şərq Qutada 78 mülki şəxsi öldürdüyü kimyəvi silah hücumundan sonra ABŞ, İngiltərə və Fransa, ötən şənbə rejimə aid Dəməşq, Humus və Hələbdəki bazaları vurmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...