Hansı din xadimləri maaş alacaq? - siyahı hazırlanıb

Hansı din xadimləri maaş alacaq? -

"Maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda fond bu məsələ üzərində işləyir: "Siyahı dəqiqləşdirilir, fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurası da bu məsələni müzakirə edib".

M.Qurbanlı qeyd edib ki, yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək: "Fondun vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq. Dəstək din xadiminin tutduğu vəzifəyə görə fərqli olacaq. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də fonddan maddi dəstək veriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...