Dövlət Komitəsi Naxçıvanda Nuh peyğəmbətə heykəl qoyulması barədə

Dövlət Komitəsi Naxçıvanda Nuh peyğəmbətə heykəl qoyulması barədə


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirib.

Komitə sədri jurnalistlərə açıqlamasında deyib ki, burada bir qəbahət yoxdur.

Onun sözlərinə görə, Nuh və ya digər peyğəmbərlərin şəkilləri çəkilirsə, o zaman burada problem yoxdur: "İsa, Musa ilə bağlı da şəkillər var. İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir. Amma Nuh peyğəmbər islama qədərki dövrdə olub".

Qeyd edək ki, aprelin 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun açılışında iştirak etdiyi Naxçıvan Duz Muzeyində sərgilənən eksponatların içərisində Nuh peyğəmbərin də heykəli var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...