“İlker Başbuğun özü jurnalistlərlə görüşmək istəmədi” - Hamlet İsaxanlı

“İlker Başbuğun özü jurnalistlərlə görüşmək istəmədi”  -

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ mayın 2-də Bakıya gəlib. Qısa müddətli səfər çərçivəsində İlkər Başbuğ Bakıdakı Atatür
k heykəlini ziyarət edib, Xəzər Universitetində mühazirə deyib. Daha sonra o, Dağüstü parka gedərək, Şəhidlər Xiyabanı və Türk şəhidliyinə baş çəkib.

Diqqət çəkən məqamlardan biri sabiq qərargah rəisinin jurnalistlər üçün öncədən planlaşdırılan mətbuat konfransının gerçəkləşməməsidir. 30-a yaxın jurnalsit konfransda iştirak etmək üçün qeydiyyatdan keçsə də, İlker Başbuğ müsahibə verməkdən imtina edib.

İddialara görə, sabiq baş qərargah rəisinin mətbuata müsahibə verməsinə Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı imkan verməyib.

Hamlet İsaxanlı isə Modern.az-a açıqlamasında səslənən iddialara cavab verib. “İlker Başbuğla görüşə bir neçə televiziyadan müxbir heyəti gəlib videoreportajlar etdi. Sadəcə olaraq, İlker bəy, jurnalistlərə geniş açıqlama vermək istəmədi. Ümumiyyətlə, İlker bəy samballı, ağır təbiətli adamdır. Yüksək vəzifəli şəxsdir. Bu cür şəxslərin mətbuata açıqlama verməklə bağlı öz fikirləri olur. Ona görə də müsahibə vermək istəmədiyini bildirdi.

İlker Başbuğ Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. Görkəmli ictimai-siyasi, elm, sənət adamlarını universitetimizə dəvət etmək ənənəyə çevrilib. İlker bəy də müsahibə vermək həvəsində olmadığını bildirdi. Bizə dedi ki “məni universitet maraqlandırır”. Dünən universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Tələbələr qarşısında mühazirə oxuyub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...