Bakıda "BakıKart" belə problem yaradır - Şikayət

Bakıda "BakıKart" belə problem yaradır -

Bakı sakinlərinin əsas problemlərindən biri də ödəmə terminallarının normal işləməməsidir.

Cebhe.info-nun məlumatına görə, növbəti belə hadisə mayın 3-ü saat 20:55 radələrində Səməd Vurğun bağı yaxınlığındakı dayanacaqda qeydə alınıb.

Belə ki, bağın 28 May küçəsinə baxan tərəfində yerləşən dayanacaqda quraşdırılan "MilliÖn" ödəmə terminalında "BakıKart"larına pul yükləyən iki vətəndaşın kartına pul yüklənməyib, terminaldan da qəbz çıxmayıb.

Qeyd edək ki, əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta yüklənmir, ya da aparatda texniki problem yaranır, xüsusilə aparatların işləməməsi ilə bağlı şikayətlər tez-tez eşidilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...