Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edilib

Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edilib

Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.

Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...