Ərdoğan Avropa ölkəsinə səfər edəcək

Ərdoğan Avropa ölkəsinə səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2 gün sonra Bosniya və Hersoqoviniyaya işgüzar səfər edəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Bosniya və Hersoqovinanın Prezident Şurasının sədri Bakir İzetbeqoviç ilə bir araya gələcək.

O, Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-cı Baş Assambleyasına da qatılacaq. Bundan əlavə, Beynəlxalq Saraybosna Universiteti tərəfindən özünə həvalə ediləcək fəxri doktor adı üçün keçiriləcək mərasimə qatılacağı açıqlanıb.

Görüşlərdə Bosniya Və Herseqovina ilə ikitərəfli əlaqələr və Balkan ölkələrindəki hadisələr müzakirə olunacaq, həmçinin digər regional və beynəlxalq məsələlərə qiymət veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...