Şamaxıda yük və minik maşınları toqquşub, 2 nəfər ölüb, 3 yaralı var

Şamaxıda yük və minik maşınları toqquşub,

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində minik avtomobili ilə yük ("Qazel") maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, qəza zamanı minik avtomobilində olan sərnişinlər - 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib, həmçinin minik avtomobilinin Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu yaralanıb.
Digər üç yaralı yük maşınında olub. Bunlar "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu, onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğludur.
Xəsarət alanların hamısı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşadırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...