Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği açıqlanıb. Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə ” 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

Qeyd edək ki, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...