Aİ 92 markalı benzin iki qiymətə satıla bilər - EKSPERT

Aİ 92 markalı benzin iki qiymətə satıla bilər -


Azərbaycanda Aİ 92 benzininə tətbiq edilən gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. Nazirlər Kabinetinin başqa bir qərarı ilə “Aİ-92” markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan 1 manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən 2019-cu ilin yanvar ayının 1-ə qədər qüvvədədir.
Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.
Aİ 92 markalı benzin iki qiymətə satıla bilər -

Gundeminfo.az xəbər verir ki, iqtisadçı-ekspert Razi Abasbəylinin fikirincə Aİ 92 benzini bazarda fərqli qiymətə satıla bilər. "Amma bununla belə Azərbaycanda Aİ 92 benzini fərqli qiymətə təklif edilə bilər. Lakin müstəsna hal kimi yeni bir qərar da verilməlidir. Çünki bu markalı benzinin qiyməti Tarif Şurası tərəfindən vahid tarif siyasətinə uyğun müəyyən edilir. Lakin idxal edilən məhsulların qiymətinin tənzimlənməsi maddələrində də Tarif Şurası qərar vermir. Məsələn Aİ 95 markalı benzin idxal məhsuludur və bu benzinin qiymətini bazar tənzimləyir. Lakin Azərbaycana Aİ 92 markalı benzini kim idxal edəcək. Sərbəst bazar iştirakçıları, yoxsa rəsmi dövlət təmsilçiləri? Bu hələ açıq qalan sualdır. Və bu sala cavab olaraq iddia edə bilərik ki, Azərbaycan dövləti benzin idxalçısı qismində iştirakçı olmayıb. Bu baxımdan da əgər benzini Azərbaycana özəl şirkətlər idxal edəcəksə, o zaman bazarda eyni məhsul fərqli qiymətə təklif edilə bilər. Gömrük rüsumlarının ləğvi hələ o demək deyil ki, idxal edilən benzini Azərbaycanda istehsal edilən benzinlə eyni qiymətə satmaq mümkündür. Ən azı daşınma xərcləri və ən əsası da ətraf qonşularımızda benzinin Azərbaycanın daxili bazarından çox baha olması şərti var. 3 aylıq müddətdə bazarda qiymətləri sabit saxlamaq üçünsə, idxalçılara edilən güzəştlər, xaricdən baha alınan benzinin daxildə 2 dəfə ziyanına satılması gözlənilən deyil. Bu 90 günlük müddət bitəndə isə bazar marketoloqları psixoloji məqamları da hesablayaraq bazarda artıq bir qədər baha satılan, lakin nisbətən keyfiyyətli olan Aİ 92 benzinin bahalaşmasına vətəndaşın hazır olduğunu bilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...