Lerik İcra Hakimiyyəti zəlzələdən sonra rayondakı vəziyyət barədə RƏSMİ

Lerik İcra Hakimiyyəti zəlzələdən sonra rayondakı vəziyyət barədə RƏSMİ

Lerik rayonunda baş verən zəlzələ hiss olunsa da, heç bir fəsadlar törətməyib.

Bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Qurum rəsmisi bildirib ki, hadisə Lerikdə səhər saat 10:05 radələrində baş verib: "Səhər saat 10:05-də zəlzələ oldu. Hiss olundu. Amma çox güclü zəlzələ deyildi. Təxminən 3 bal gücündə hiss olundu. Hazırda sakitlikdir, rayonun elektrik enerjisi, qaz və digər təchizatında heç bir problem yoxdur".

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ baş verib.

Zəlzələ 3,5 bal gücündə baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...