"Şəhid vərəsələri hətta pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin" Sədr müavini

"Şəhid vərəsələri hətta pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin"

"1992-ci ildə kompüter yox idi, ona görə də sənədlər əllə yazılırdı. Sonralar əllə yazılan və möhürlü olan bütün jurnallar yığılıb, orada olan məlumatlar toplanıb və kompüterdə yazılaraq sistemə daxil edilib".
"Report" xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib.

O bildirib ki, şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankında alıblar: "Əmanət Bankında vərəsələr üçün əmanət hesabı açılıb. Bununla bağlı da sənədlər var. Bəzi vətəndaşlar pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin".
A.Hacıyev qeyd edib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində də müvafiq sənədlər saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...