Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva danışıb.


O deyib ki, təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, "ifrat təhlükəli hidrometreoloji hadisə" kateqoriyasına aid olan proses hesab edilir: "Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür: "Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...