Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən turizm əhəmiyyətli yolun tikintisinə başlanılıb

Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən turizm əhəmiyyətli yolun tikintisinə başlanılıb

Xaçmaz rayonunda 12 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik yolun tikintisinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulduqdan sonra 13 min nəfərə yaxın sakinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.

Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Hazırda yolun torpaq yatağının bərkidilməsi işləri aparılır.

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu turizm əhəmiyyətlidir. Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq. Avtomobil yolunun tikintisinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən turizm əhəmiyyətli yolun tikintisinə başlanılıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...