Azərbaycanda beşmərtəbəli binada partlayış - Yaralanan var

Azərbaycanda beşmərtəbəli binada partlayış -

Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub. FHN-nin yaydığı məlumata görə, hadisə birotaqlı mənzildə baş verib. Partlayışdan sonra yanğın başlayıb, ev əşyaları qismən yanıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...