Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi - FOTOLAR

Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi -

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

Bu barədə Gundeminfo.az-a AQTA-dan məlumat verilib. “Sun Food” istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün agentliyə müraciət edib. AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib. Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.

Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi -
Qida Agentliyi 20 tona yaxın məhsulu məhv etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...