Ədliyyə Nazirliyinin 16 icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib

Ədliyyə Nazirliyinin 16 icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib

Azərbaycanda 16 nəfər icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib. Gundeminfo.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə keçirilən ümumrespublika müşavirəsində qeyd olunub.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...