Paşinyan İlham Əliyevlə söhbəti barədə danışdı

Paşinyan İlham Əliyevlə söhbəti barədə danışdı

“İlham Əliyevlə söhbət birbaşa, səmimi, tələsiz baş tutub”. Gundeminfo.az Ordu.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan “Sivilnet” agentliyinin pavilyonunda, “doğrudanmı o, Əliyevlə bir-birlərini yaxşı başa düşürlər”, deyə verilən sualı cavablandırarkən səsləndirib.

“Mənim üçün bu söhbətlərdə ən vacib olan odur ki, biz birbaşa, səmimi, belə deyək tələsiz danışır və müzakirə edirik. Səmimi desək, bu söhbətlər elə bir söhbətdir ki, hesab edirəm davam etməlidir və davam etsə, çox yaxşı olardı. Bu söhbətlərin davam etdirilməsi üçün bütün ilkin şərtlər var”, - deyə Paşinyan ifadə edib.

Paşinyan Vyanada İlham Əliyevlə görüşündəki söhbətdən bir məqamı xatırladıb: “Mən rəhbərlərin Qarabağ məsələsini həll edə bilməyəcəyini hesab etdiyimi demişəm. Ona görə ki, Qarabağ məsələsini həll edən xalqdır. Xalqlar üçün qəbul olunmaz olan hər hansı həll yolu mümkün deyil. Bütün məqamları söyləmirəm, ona görə yox ki, hər hansı sirr var, yalnız ona görə ki, bu diplomatik cəhətdən doğru deyil”. Paşinyan vurğulayıb ki, ümumiyyətlə bu söhbətlərin məzmunu ictimai şəkildə deyilənlərlə eynidir. Çünki onun üçün qapalı ya açıq rejimlə söhbətin olmadığını, bunun biri digərinin davamı olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...