Abşerona elektrik enerjisinin verilməsində fasilələr olacaq

Abşerona elektrik enerjisinin verilməsində fasilələr olacaq

Bu gün saat 11:30-dan 14:30-a qədər Abşeron rayonunun Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrinə və Masazır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq.

Bu barədə “Report”a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xəttlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır. “Azərişıq” rəsmisi yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...