Dərbənddə Nizami Gəncəvinin abidəsi vandallardan qorunacaq

Dərbənddə Nizami Gəncəvinin abidəsi vandallardan qorunacaq

Dərbənd şəhərinin rəhbərliyi dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin abidəsini vandallardan necə qorumağın yollarını müəyyənləşdirib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Xəzri Abakarov sosial şəbəkədəki bloqunda yazıb.
Dərbənd başçısı şairin yeni abidəsinin qranit və ya bürüncdən hazırlanacağını söyləyib.

Azərbaycan ustaları artıq yeni abidə üçün iki variant təqdim ediblər. Hər iki layihə ictimaiyyətə təqdim edilib. Sakinlər yeni heykəlin necə görünəcəyini özləri seçəcəklər. Daha əvvəl abidə dəfələrlə xuliqanların hücumuna məruz qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...