Azərbaycan xaricdən uzunqulaq almağı dayandırıb - Eşşəklərin sayı açıqlandı

Azərbaycan xaricdən uzunqulaq almağı dayandırıb -

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda mövcud olan uzunqulaqların sayını açıqlayıb.

DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda respublikada 28040 baş uzunqulaq var. 2015-ci ildə ölkədə 39992, 2016-cı ildə 35816, 2017-ci ildə 34068, 2018-ci ildə 30854 uzunqulaq mövcud olub.

Rəsmi statsitikaya görə, 5 il ərzində ölkədəki uzunqulaqların sayı 11952 baş azalıb. Ən çox uzunqulaq Gəncə-Qazax iqtisadi rayonunda (10524), ən az isə Ucar (1) rayonunda qeydə alınıb. R.Süleymanov eyni zamanda bildirib ki, 2015-2018-ci illər və 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana uzunqulaq idxal olunmayıb. 2015-2019-cu illər üzrə respublikanın müxtəlif regionlarında mövcud olan uzunqulaqların sayını təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...