Qaxa yasa gedənlərin maşını aşdı, sonra alışdı: yaralılar var

Qaxa yasa gedənlərin maşını aşdı, sonra alışdı:

Sumqayıtdan Qaxa yasa gedənlər qəzaya düşüblər.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qorağan-Qax avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini Aqşin Ağayev idarə etdiyi “Cherry” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Nəticədə, avtomobil yanıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 78 yaşlı Qərib Əliyev, 81 yaşlı Elman Əliyev və 37 yaşlı Kəmalə Sayılova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Qax rayonunun Zəyəm kəndinə yas mərasiminə gediblər.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...