Gürcüstanda azərbaycanlıların yaşadığı 4 kənddə su yoxdur, azərbaycanlı deputat isə bunu təkzib edir

Gürcüstanda azərbaycanlıların yaşadığı 4 kənddə su yoxdur, azərbaycanlı

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 4 kəndinin sakinləri bir neçə aydır içməli su problemindən əziyyət çəkirlər.

Bunu “Report”un Gürcüstan bürosuna “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər bildirib.

Onun sözlərinə görə, Dəmyə-Gorarxı, Kirovka, Axlılələ və Yuxarı Saral kəndləri içməli su ilə təmin olunmur: “Bu kəndlərin içməli su ilə təminatı üçün 1,3 milyon lari vəsait xərclənib. Lakin susuzluq problemi hələ də qalmaqdadır. Kranlardan hava gəlir. Sakinlər məcbur qalıb bulaq və kanal suyundan istifadə edirlər”.

Ə.Əsgər qeyd edib ki, kənd sakinləri problemin qısa müddət ərzində aradan qaldırılmayacağı təqdirdə etiraz aksiyası keçirmək niyyətindədir.

Məsələyə münasibət bildirən hakim Gürcü Arzusu Partiyasının Maneulidən olan deputatı Ruslan Hacıyev “Report”a açıqlamasında adıçəkilən kəndlərdə içməli su ilə bağlı problemin olmadığını söyləyib: “Dəmyə-Gorarxı ərazi vahidliyində içməli su problemi yoxdur. Yay aylarında suya olan tələbat artıdığından, ola bilsin ki, hansısa evlərdə su gəlməsin. Həmin ərazidə qəbirstanlıqda su problemi var idi və ora da su çəkildi. Əgər içməli su ilə bağlı hər hansı bir narahatlıq yaşanırsa, yerli bələdiyyə onu həll etməyə hazırdır və biz də onların yanındayıq”.

Deputatın sözlərinə görə, Marneulidə içməli su ilə bağlı əsas problem Algeti ərazi vahidliyinə daxil olan kəndlərdə mövcuddur: “Problemin aradan qaldırılması üçün hökumət 4 milyon laridən çox vəsait ayırıb və yaxın zamanda su təminatı məsələsi həllini tapmalıdır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...