Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi - FOTOLAR

Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi -

Rusiyalı bədii gimnast, Rio Olimpiadasının gümüş mükafatçısı Yana Kudryavtseva qeyri-adi vəziyyətdə zədələnib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 21 yaşlı gimnast hokkeyçi əri Dmitri Kuqrışevlə Balidə istirahətdə olduğu zaman dənizdə üzərkən dizindən zədə alıb.

Bu üzdən o, Almaniyaya gedərək əməliyyat olunub. İndi isə tanınmış gimnastı üç həftə qoltuq ağacı ilə gəzmək, dörd həftə isə bərpa prosesi gözləyir.

Qeyd edək ki, dəfələrlə dünya və Avropa çempionu olmuş Yana Kudryavtseva Bakıda keçirilmiş I Avropa Oyunlarında daha çox azərbaycanlı azarkeşlərin yaddaşında dörd qızıl medal qazanması ilə qalıb.

Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi -
Bakıda dörd qızıl medal qazanmış idmançı dənizdə zədələndi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...