Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar satılır?

Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar satılır?

“Mətbuatda bəzən məsuliyyətsiz məqalələrə rast gəlirik. Bu yaxınlarda özünü ekspert kimi qələmə verən şəxs müsahibəsində bildirib ki, Azərbaycana idxal olunan məhsulların 99 faizi GMO məhsullarıdır. Bu yalandır və onlar qaragüruhçuluqla məşğul olan şəxslərdirlər”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olunub, onun 504 növü məlumdur, bu bütün dünyanın aparıcı ölkələrin reyestrində oturub: “Onların arasında mətbuatda adı çəkilən bir çox məhsulların adı yoxdur. Məsələn, çiyələk, qarpız, armud, gilas, albalı, xiyar və s. bunlara aiddir. Çox təəssüf ki, bəziləri insanlara yanlış informasiya verir və həmin məhsulları genetik modifikasiya olunmuş məhsul kimi təqdim edirlər. Onlar seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırırlar. Genetik modifikasiya olunmuş məhsullar bilavasitə ərzaq təhlükəsizliyinin təmini üçün aparılır. Dünyada ən çox genetik modifikasiya olunmuş məhsul qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olunub”.

AQTA sədri əlavə edib ki, Azərbaycana idxal olunan bütün məhsullar yoxlanılır: “İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...