"Neftçi" Azərbaycanın aktivinə ən çox xalı yazdırıb - CƏDVƏL

"Neftçi" Azərbaycanın aktivinə ən çox xalı yazdırıb -
Azərbaycan klubları avrokuboklarda I təsnifat mərhələsinin ilk oyunlarını 0,375 reytinq xalı ilə başa vurublar.

"Report"un məlumatına görə, bu xallardan 0,250-ni "Neftçi" komandası qazanıb. Flaqman Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə "Sperantsa"nı Moldovada 3:0 hesabı ilə məğlub edib. 0,125 xalı isə aktivinə "Qarabağ" yazdırıb.

Ağdam klubu Albaniyada "Partizani" ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü heç-heçə ilə başa vurub - 0:0. Əvəzində "Səbail" evdə Rumıniyanın "Universitatya" (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu üçün reytinq xalı qazana bilməyib.

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırsa da, 26-cı pillədə qalıb. 25-ci pillədə isə 16,750 xalla Qazaxıstan qərarlaşıb.

"Neftçi" Azərbaycanın aktivinə ən çox xalı yazdırıb -
"Neftçi" Azərbaycanın aktivinə ən çox xalı yazdırıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...