Gəncədə damdan yıxılan fəhlə öldü

Gəncədə damdan yıxılan fəhlə öldü

Gəncədə sexlərin birində dam örtüyünü düzəldərkən yerə yıxılan işçi ölüb.

Gəncə şəhər prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu 12 iyul saat 20 radələrində Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metaləritmə sexində dam örtüyü düzəldən zaman yıxılaraq xəsarət alıb.

Nicat Əsədov aldığı xəsarətlərdən iyulun 13-də vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...