Avtovağzal 5 yaşlı uşağa satılan biletin pulunu geri qaytardı - kassir cəzalandırıldı

Avtovağzal 5 yaşlı uşağa satılan biletin pulunu geri qaytardı -

Bakı Beynəlxalq Avtovağzalında Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtoağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova Modern.az-a bildirib ki, xəbər yayılmadan öncə ailə üzvlərindən biri onlarla əlaqə saxlayıb:

“Məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik. Ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”.

P.Məmmədova qeyd edib ki, bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar:

“Bu, o zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı. Əzi sərnişinlər, media nümayəndələri biz neqativ halları gizlətmək əvəzinə həllinə çalışırıq. Amma sizdən də bütün hallarda mövqeyimizi öyrənmənizi xahiş edirəm. Məlumat mərkəzinə, Facebook səhifəsinə yazan sərnişinlər də onların şikayətlərinin cavabsız qalmadığının şahidi olurlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...