Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib
“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə təxminən 5 milyon manat sığorta ödənişi verib.

“Report”un əldə etdiyi məlumata görə, ödəniş sığortaçı ilə birlikdə “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib.

Belə ki, aviaşirkətə məxsus olan sığortalı “Boeing 747” markalı təyyarəsi bu ilin əvvəllərində Cəbuni Koreyanın paytaxtı Seulun hava limanına enərkən onun mühərriki zədələnib. Problemi həmin aeroportun texniki heyəti aradan qaldırıb.

Bundan sonra sığorta ödənişi ilə bağlı prosedurlar başlayıb və “İpək Yolu Sığorta” təyyarənin təkrar sığortasını üzərinə götürmüş xarici tərəfdaşlarına müraciət edib. Bu ilin may ayından başlayaraq “Silk Vey Vest Aviaşirkəti”nə ödəniş edilməsinə başlınılıb. Mayda təxminən 4,5 milyon manat, iyunda isə təxminən 500 min manat kompensasiya ödənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...